27 sentyabr 2017, 13:50

Təbriz Dadaşovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident

Sitrus meyvələri və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında imzaladığınız Sərəncamınızdan çox razı qaldım. Çox sağ olun ki, kənd təsərrüfatına belə yüksək qayğı göstərirsiniz.

Allaha şükürlər olsun ki, ölkəmizdə sakitlikdir, əmin-amanlıqdır. Biz rahat yaşayır, yaradılan əlverişli şəraitdən yararlanaraq işləyirik. Sizin bu qayğıkeşliyinizə arxayınıq və gələcəyimizə ümidlə baxırıq.

Mən bir vətəndaş kimi əminəm ki, Sizin çəkdiyiniz zəhmət xalqımızı daha xoş, bəxtəvər günlərə çıxaracaq, balalarımız xəta-baladan uzaq, süfrələrimiz bol olacaq.

Biz bir daha əmin olduq ki, Siz həqiqətən də hər bir vətəndaşın Prezidentisiniz. Allah həmişə Sizə kömək olsun.

Hörmətlə,

Dadaşov Təbriz Balağa oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.