27 sentyabr 2017, 14:00

Bəylər Abasovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında söylədiyiniz nitqinizdə Ermənistanın 25 ildən çoxdur Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini ali tribunadan bütün dünyaya tam təfərrüatı ilə çatdırmağınız bizi qürurlandırdı. Bu, bir daha onu göstərir ki, ölkəmiz münaqişənin, ilk növbədə, sülh yolu ilə həllinin tərəfdarıdır.

Azərbaycan inkişaf edir, iqtisadiyyatı, hərbi gücü daim artır. Əgər sülh danışıqları nəticə verməsə, ordumuz Sizin əmrinizlə düşməni məhv etməyə qadirdir.

Cənab Prezident, Azərbaycan tutduğu yol haqq yoludur. Bu yolda Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Abasov Bəylər Qiyas oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.