26 sentyabr 2017, 14:15

Saleh Hüseynovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

1994-cü il sentyabrın 20-də Bakı şəhərində dünyanın aparıcı neft şirkətləri ilə bağlanan “Əsrin müqaviləsi” ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Bu müqavilənin icrasından əldə olunan gəlirlər müstəqil Azərbaycanın müdafiə, təhsil, sosial, səhiyyə və digər sahələrinin inkişafına təkan verdi. İnanırıq ki, bu yaxınlarda Sizin iştirakınızla imzalanan yeni sazişə əsasən bu müqavilənin müddətinin 2050-ci ilədək uzaldılması Azərbaycanın iqtisadiyyatına daha böyük töhfələr verəcək.

Hörmətli cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik və hər zaman yanınızdayıq. Allah Sizə möhkəm cansağlığı versin.

Hörmətlə,

Hüseynov Saleh.

Azərbaycan Respublikası, Masallı rayonu, Təzə Alvadı kəndi.