25 sentyabr 2017, 14:00

Nərgiz Hacıyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sentyabrın 20-də Sizin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışınız Nəsimi rayon ictimaiyyətində qürur hissi doğurdu. Birmənalı şəkildə qeyd edirik ki, ABŞ-a bu səfərinizin nəticələri Azərbaycan Prezidentinin uğurlu diplomatiyasının növbəti təntənəsidir. Siz dünyanın ən ali tribunasından xalqımızın iradəsini ifadə edərək, həm də müasir Azərbaycanın yeni formada təqdimatını reallaşdırdınız.

Möhtərəm cənab prezident, Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

Nəsimi rayonu 135 saylı uşaq bağçasının kollektivi adından dərin hörmətlə,

Hacıyeva Nərgiz Aleksandr qızı, bağçanın müdiri.

Azərbaycan Respublikası, Bakı şəhəri.