22 sentyabr 2017, 14:30

Elşad Həsənov və başqalarından, Goranboy, Azərbaycan

Möhtərəm cənab Prezident,

1994-cü ildə ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə imzaladığı “Əsrin müqaviləsi” ötən müddət ərzində Azərbaycanı beynəlxalq aləmə strateji məkan kimi tanıdıb, eyni zamanda, respublikamızı regionun lider, dünyanın isə sürətlə inkişaf edən ölkəsinə çevirib. Məhz Sizin güclü iradəniz, qətiyyətiniz, uğurlu siyasətiniz nəticəsində həyata keçirilən beynəlxalq enerji layihələri Azərbaycan xalqının maraqlarına, dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir.

Sentyabrın 14-də "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni Sazişin imzalanması ilə Azərbaycanın neft strategiyasında yeni dövr başlandı.

Möhtərəm cənab prezident, bu Sazişin imzalanması Sizin dünyada böyük nüfuzunuzun və uzaqgörən siyasətinizin, Azərbaycana olan inamın, ölkəmizdə yaradılmış siyasi sabitliyin və əlverişli sərmayə mühitinin nəticəsidir. Biz gənclər Sizin rəhbərliyiniz ilə Azərbaycanın xoşbəxt gələcəyinə inanır və Sizin siyasətinizi dəstəkləyirik.

Goranboy rayon gəncləri adından dərin hörmətlə,

Həsənov Elşad Rauf oğlu

Quliyev Xəyyam Əlövsət oğlu

Məmmədov Elçin Akif oğlu.

Azərbaycan Respublikası, Goranboy rayonu.