12 sentyabr 2017, 15:45

Adil Kərimovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Bir neçə ay bundan əvvəl Sizə müraciət edərək rayonumuzda abadlıq və quruculuq işlərindən söz açmış, yaşadığımız çoxmənzilli binaların sakinləri adından bir neçə məsələnin həllinə kömək göstərməyinizi xahiş etmişdik.  Müraciətimizdən sonra binalarımızın yerləşdiyi əraziyə baxış keçirildi, tikinti və abadlıq işlərinə başlanıldı.

Möhtərəm cənab Prezident, bu gün biz çox xoşbəxtik. Ona görə ki, indi yaşadığımız binaların ətrafında yeni istinad divarları tikilib, həyətlərimiz genişləndirilib, binalarımızın pilləkənləri təmir olunub və digər işlər görülüb. Bu sevinci bizə məhz Siz bəxş etmişiniz. Biz bu sevinci Sizinlə bölüşərək minnətdarlıq etməyi özümüzə borc bildik. Çox sağ olun ki, bizim səsimizə səs verərək öz diqqətinizi bizdən əsirgəmədiniz.

Biz sadə insanlar hər zaman Sizin aliliyinizə, işgüzarlığınıza, qətiyyətinizə inanmışıq və bir daha buna əmin olduq.

Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Kərimov Adil Abdül oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.