12 sentyabr 2017, 15:00

Sakit Əvəzovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Pambıqçılığın inkişafına göstərdiyiniz diqqətdən ruhlanaraq yaşadığım Saatlı rayonunun Dəlilər kəndində mənim üçün pambıq əkini sahəsinin ayrılması ilə bağlı Sizə müraciət etmişdim. Artıq mənə müvafiq torpaq sahəsi ayrılıb. İndi mən həmin sahədə pambıq əkmək üçün hazırlıq işləri aparıram və bol məhsul götürəcəyimə ümid bəsləyirəm.

Hörmətli cənab Prezident, bu, bir daha sübut edir ki, vətəndaşların müraciətlərinə münasibət bildirmək və diqqət göstərmək ön plandadır. Müraciətimə həssas yanaşılmasına və onun müsbət həllinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əvəzov Sakit Adil oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Dəlilər kəndi.