Gerb

11 sentyabr 2017, 12:30

Hörmətli cənab Prezident,

Mən Sizin siyasətinizi dəstəkləyir, xalqımız üçün gördüyünüz işləri yüksək qiymətləndirir, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi mənzərəsini böyük uğur kimi görürəm.

Son günlər xarici mətbuatda ölkəmizlə bağlı dərc olunan əsassız və böhtan xarakterli yazılar xalqın inamına, birliyimizə heç bir mənfi təsir göstərə bilməz. Şəxsən mən bir vətəndaş kimi, belə hallarda hər zaman dövlətimizi dəstəkləyirəm. Əminəm ki, mənim kimi minlərlə gənc də bu fikirdədir.

Biz ölkəmizin siyasi-iqtisadi, sosial vəziyyətindən tam razıyıq, əmin-amanlıq içərisində  yaşayırıq və belə də davam etmək istəyirik.

Cənab Prezident, Sizə hər zaman uğurlar arzulayıram.

Hörmətlə,

 

Verdiyev Xəyal Azər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.