09 sentyabr 2017, 14:10

Qəhrəman Qasımovdan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sakini olduğum Vladimirovka kəndində 20-yə yaxın müxtəlif xalqın, etnik qrupun nümayəndələri yaşayır. Uzun illərdir ki, tolerant mühitdə birgə çalışır, kəndimizin abad olması üçün əlimizdən gələni edirik. Bu istiqamətdə atdığımız hər addımda Sizin böyük qayğınızı hiss edirik.

Təsadüf deyil ki, son illərdə kəndimizdə sosial məsələlərin həlli istiqamətində xeyli iş görülüb. Bu günlərdə bir sıra yaşayış məntəqələrində, o cümlədən bizim kənddə artezian su quyularının qazılması ilə bağlı imzaladığınız Sərəncamınız böyük sevincimizə səbəb oldu. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, doğma Vətənimizin çiçəklənməsi naminə gördüyünüz işlərdə biz həmişə Sizinləyik. 

Hörmətlə,

Qasımov Qəhrəman Əmirağa oğlu, Əməkdar Jurnalist.

Azərbaycan Respublikası, Quba rayonu, Vladimirovka kəndi.