İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub

09 sentyabr 2017, 14:30
İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub

Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

“EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov Prezident İlham Əliyevə sərgi barədə məlumat verdi.

Bildirildi ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil edilir. “EXPO 2017 Astana” beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır. Ümumi sahəsi 174 hektar olan sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.

Dövlətimizin başçısı əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, “EXPO 2017 Astana” sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır. Sərgi müddətində Azərbaycan milli pavilyonunu ziyarət edənlərin sayı bir milyonu ötüb.

Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.

Sərgi çərçivəsində iyulun 9-da pavilyonda Azərbaycan Milli Günü təşkil edilib və pavilyonun rəsmi təqdimatı olub.

Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim edilir. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və videomateriallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, “Atəşgah” məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür.

Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir. Külək enerjisinə həsr olunan eksponatlar və gələcəkdə Xəzər dənizinin Çilov və Pirallahı adaları arasında qurulması nəzərdə tutulan külək elektrik stansiyasının xəritəsi isə ölkənin gələcəyində külək enerjisinin əhəmiyyətini diqqətə çatdırır.

Pavilyonun ekspozisiyasında palçıq vulkanları, bioloji tullantıların təkrar emalının müasir texnologiyaları, yeni enerji mənbəyi kimi qaz hidratları sahəsində Azərbaycanda aparılan araşdırma əsasında qurulan eksponat, karbohidrogen hasilatının ən uyğun ekoloji yolu kimi üfüqi qazma işləri və Azərbaycandan gətirilən real neft nümunələri təqdim olunur.

Xüsusilə də üç model – “Çıraq 1” platformasının modeli və onu tamamlayan Xəzər dənizində neft çıxarılmasında istifadə olunan orijinal qazma baltası, Azərbaycan istehsalı olan üçhissəli külək pəri və rotor qanadı ekspozisiyanın incisi hesab edilir.

Pavilyonda Azərbaycana virtual tur-səyahət də nəzərdə tutulub. İzləyicilər real xalça üzərində əyləşir, milli çalarlı musiqinin müşayiəti ilə 220 dərəcə bucaq altında əyilmiş videoproyeksiya vasitəsilə odlar və enerji yurduna fantastik uçuş edir, ölkənin rəngarəng mənzərələri ilə tanış olurlar. Bu isə sərgini izləyənlərdə böyük maraq oyadır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış oldu.

Qeyd edildi ki, sərginin ən böyük pavilyonu olan səkkizmərtəbəli “Nur Alem”in ümumi sahəsi 41,5 min kvadratmetrdir. Nəhəng kürə formasında hazırlanan pavilyonun hündürlüyü 100, diametri isə 80 metrdir.

Pavilyonun birinci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. Burada “Gələcəyin muzeyi” sərgisi xüsusilə böyük maraq oyadır. Ziyarətçilər “Nur Alem” kompleksində ümumiyyətlə rəqəmsal, interaktiv və multimedia texnologiyaları vasitəsilə ölkənin perspektiv planları ilə tanış olmaq imkanı əldə edə bilirlər.

“Nur Alem” pavilyonunun digər mərtəbələrində enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş etdirilir. Pavilyonun səkkizinci mərtəbəsində “Astana – Gələcəyin şəhəri 2050” ekspozisiyası təqdim olunur. Pavilyonun fasadı, dizaynı isə EXPO-nun ümumu görünüşünü tamamlamaqla Astana sərgisinin simvoluna çevrilib.

Dövlətimizin başçısı “Nur Alem” pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr etdi.

Sonra Prezident İlham Əliyev “EXPO 2017 Astana” beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazdı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 iyun 2025
16:57
Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...

12 iyun 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 iyun 2025
16:55
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...

12 iyun 2025, 16:55
SƏNƏDLƏR Məktublar 12 iyun 2025
10:36
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına

Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...

12 iyun 2025, 10:36
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42