08 sentyabr 2017, 19:00

İsrafil Kərimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün oxuduğum bir xəbərə çox sevindim. Sizin Myanmarın Arakan bölgəsində müsəlmanlara qarşı törədilən cinayətlərə, qeyri-etik davranışa biganə qalmamağınız, həmin bölgəyə humanitar yardım edilməsi ilə bağlı göstəriş verməyiniz məni çox sevindirdi. Müsəlman dünyasının Sizin kimi liderə ehtiyacı var.

Cənab Prezident, Allah Sizi qorusun. Bu çətin işdə Sizə nailiyyətlər, uğurlarınızın davamlı olmasını diləyirəm.

Hörmətlə,

Kərimov İsrafil Müqabil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.