Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike Penya Nyetoya

09 sentyabr 2017, 09:00

Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 sentyabr 2017-ci il.