08 sentyabr 2017, 12:00

Məzahir Yusubovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün biz - Mingəçevir şəhər  ziyalıları xüsusi sevinc və fərəh hissi keçiririk. Şəhərimizdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığınız Sərəncama əsasən vəsait ayrılması bu sahədə işlərin sürətlənməsinə kömək edəcək və şəhərimizin inkişafına öz töhfəsini verəcək.

Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, ölkəmizin inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Yusubov Məzahir Ənvər oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.