07 sentyabr 2017, 18:00

Murad Ağamiyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, dünyada xüsusi nüfuzu olan dövlətə çevrilib. Qədirbilən Azərbaycan xalqı Sizi dəstəkləyir və bundan sonra da uğurlu fəaliyyətinizin davamlı olmasını arzu edir.

Əminik ki, ölkəmizi nüfuzdan salmaq istəyən qara qüvvələrin və anti-Azərbaycan ünsürlərin bütün cəhdləri hər zaman olduğunu kimi, bu dəfə də iflasa uğrayacaq. Sizə qarşı hesablanmış və tərtib edilmiş qarayaxma kampaniyaları heç bir vəchlə tərəfimizdən qəbul edilmir və edilməyəcəkdir. Son günlər dünya mediasında aparılan qara piyar Azərbaycan xalqının və dost xalqların ciddi hiddətinə səbəb olub. Əmin olun ki, biz hər zaman olduğu kimi, bu gün də Sizi və alternativi olmayan hakimiyyətinizi dəstəkləyirik.

Hörmətlə,

Ağamiyev Murad Natiq oğlu,

“İsrail-Azərbaycan Gənclərinin Həmrəylik və Qardaşlıq Klubu”nun təsisçisi və prezidenti, “Demokrat Gənclər Hərəkatı”nın təsisçisi və lideri, “Demokrat Gənclər İlham Əliyevi Dəstəkləyir” Təşəbbüskar Qrupunun layihə rəhbəri, YAP-ın üzvü.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.