Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

06 sentyabr 2017, 17:54

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının yaradılması haqqında 1992-ci il 13 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2016-cı il oktyabrın 28-də Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2017-ci il.