06 sentyabr 2017, 17:20

Kirill Kudryaşovdan, Rusiya Federasiyası, Novosibirsk şəhəri

Hörmətli İlham Heydər oğlu.

Bu il yayda qısamüddətli turist səfəri çərçivəsində Bakını görmək şərəfinə nail olmuşam. Azərbaycan paytaxtının gözəlliyi və təmizliyi, insanların səmimiyyəti, “Alov qüllələri”nin möhtəşəmliyi, sərin Bakı küləyi və Yanardağın qızmar istisi məni heyran etdi.

Bu məktubu yazmaqdan məqsədim sadəcə, Sizə Bakıda keçirdiyim məzuniyyətə, bakılıların ruslara səmimi münasibətinə, Sizin uğurlu siyasətiniz sayəsində ölkələrimiz arasında bu cür münasibətlərin mümkün olmasına görə öz ehtiramımı və təşəkkürümü bildirməkdir.

Bakıda azərbaycanlılarla ünsiyyətdə olarkən gördüm ki, ölkənizdə Sizin atanıza - ötən əsrin mürəkkəb 90-cı illərində Azərbaycan üçün çox böyük işlər görmüş Heydər Əliyevə dərin hörmət bəsləyirlər. Fəxri xiyabanda onun məzarı üzərində ucaldılmış möhtəşəm abidə, həmin abidənin önünə qoyulan çiçəklər buna ən yaxşı sübutdur.

İcazə verin, Sizə gələcək işlərinizdə uğurlar diləyim. Həm Sizə, həm də bütün qonaqpərvər Azərbaycan xalqına bir daha təşəkkür edirəm!

Hörmətlə,

Kirill Kudryaşov, yazıçı

Rusiya Federasiyasının Novosibirsk şəhəri