01 sentyabr 2017, 16:00

Tacəddin Məmmədov və başqalarından, Gədəbəy, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Sizin apardığınız uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz gündən-günə gözəlləşir və inkişaf edir. Respublikamızın hər bir bölgəsi kimi, Gədəbəy də yaraşıqlı, gözəl diyara çevrilib. 

Bu yaxınlarda Sizin iştirakınızla Gədəbəy şəhərinin içməli su təchizatı sisteminin istifadəyə verilməsi gədəbəylilərin ürəyincə oldu. Sevincimizin həddi-hüdudu yoxdur. Şəhər əhalisinin təmiz içməli su ilə bağlı problemi öz müsbət həllini tapdı. 
Hörmətli cənab Prezident, bu münasibətlə gədəbəylilər adından Sizə ürəkdən təşəkkür edir, Ulu Tanrıdan möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik. 

Fürsətdən istifadə edərək, Sizi və ailənizi müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. 

Hörmətlə, 

Məmmədov Tacəddin

Nəbiyev Məhərrəm

Əliyev Elşən

Məmmədov Bayram və başqaları. 

Azərbaycan Respublikası, Gədəbəy rayonu.