26 avqust 2017, 14:00

Pirverdi Tarverdiyev və başqalarından, Siyəzən, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz ulu öndər Heydər Əliyevin siyasi yolunu, ənənələrini layiqincə davam etdirərək xalqımızın sevimli rəhbərinə çevrildiniz. Ölkəmizin inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyünüz işlər göz qabağındadır.

Respublikamızda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirləri xüsusilə qeyd etmək olar. Yaşadığımız Siyəzən rayonunun Balaca Həmyə kəndini rayon mərkəzi və ətraf kəndlərlə birləşdirən yol əvvəllər çox narahat idi. Sizin Sərəncamınıza uyğun olaraq bu yolun yenidən tikilməsi bizi çox sevindirdi.

Cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Tarverdiyev Pirverdi

Atakişiyev Atakişi

Yarıyev İntiqam

Məmmədov Səfər və başqaları.

Azərbaycan Respublikası, Siyəzən rayonu, Balaca Həmyə kəndi.