26 avqust 2017, 11:00

Həmid Balaşov və başqalarından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Şirvan şəhərinə hər gəlişiniz sakinlərimizi ruhlandırır, yeni-yeni uğurlar əldə etməyə səsləyir. Şəhərin Heydər Əliyev prospektində yerləşən və yaşadığımız 18 saylı bina keçən əsrin 60-cı illərində inşa olunub. Bina demək olar ki, istismara yararsız vəziyyətdə idi. İyun ayında şəhərimizə səfərinizdən sonra Şirvan şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün ayırdığınız vəsait hesabına bizim binanın da dam örtüyü və fasadı yüksək keyfiyyətlə təmir olundu. Təmirdən sonra binamız yeni, yaraşıqlı, səliqəli görkəm alıb. Hazırda sakinlər gözəl binaları, səliqəli küçələri və şəhərləri ilə fəxr edirlər. Bu qayğıya və diqqətə görə Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Şirvan şəhərinin sakinləri Sizin daxili və xarici siyasətinizi, Sizin göstərişinizlə respublikada aparılan abadlıq və quruculuq işlərinizi bəyənir və Sizi dəstəkləyirlər.

Ölkəmizin inkişafı üçün gördüyünüz möhtəşəm işlərə görə bir daha Sizə minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Biz şirvanlılar Sizə həmişə arxa, dayağıq. Böyük Yaradan Sizə kömək olsun.

Hörmətlə,

Balaşov Həmid Əvəz oğlu

Əliyeva Sünbül Ələkbər qızı

Kərimova Kəmalə Mais qızı

Nəzərova Zümrüd Malik qızı və başqaları.

Azərbaycan Respublikası, Şirvan şəhəri.