23 avqust 2017, 13:30

Aqil Məmmədovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Qardaşım Xaçmazın Xudat şəhərində N saylı hərbi hissəsi xidmət edir. Mən bir neçə gün bundan əvvəl onunla görüşə getmişdim. Qardaşımın xidmət apardığı hərbi hissədə gördüyüm nizam-intizam, şəxsi heyətin səmimiyyəti, mədəniyyəti, onların öz peşələrinə sədaqətlə yanaşmaları məni valeh etdi.

Cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdaram. Sizin qayğınız və xidmətləriniz nəticəsində güclü ordumuz formalaşıb, yüksək hazırlıqlı zabit və əsgərlərimiz sərhədlərimizi və torpaqlarımızı qoruyur.

Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Hörmətlə,

Məmmədov Aqil Sabit oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sığırlı kəndi.