23 avqust 2017, 13:00

Aqşin Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində respublikamız beynəlxalq aləmdə etibar və nüfuz qazanıb. İndi Azərbaycan bir çox beynəlxalq məsələlərdə öz sözünü deyir.

Ötən ilin aprel döyüşlərində tarixi düşmənimiz olan ermənilər üzərində qazanılan qələbə bu müvəffəqiyyətlərə daha bir bariz nümunədir. Məhz Sizin Ali Baş Komandanlığınız altında Ordumuz erməni hərbi qüvvələrini darmadağın edərək yerinə oturtdu. Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malik dövlətə çevrilərək nəinki region ölkələrini, eləcə də dünyanın bir çox dövlətlərini geridə qoyub.

Möhtərəm Prezident, Sizin Ali Baş Komandanlığınız altında Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün bir əsgər kimi hər zaman döyüşə hazırıq.

Hörmətlə,

Əliyev Aqşin Böyükağa oğlu.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Ləj kəndi.