11 avqust 2017, 17:00

İsrayıl Abbasovdan, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən sadə bir kənd adamıyam. Həmişə zəhmətimlə çörək pulu qazanmışam. Sizin pambıqçılığın və baramaçılığın yenidən bərpası və inkişaf etdirilməsi üçün qəbul etdiyiniz qərarlar biz kənd adamlarını ürəkdən sevindirir.

İki ildir ki, baramaçılıqla məşğul oluram. Bu il rayon üzrə təhvil verilmiş 27 tondan çox baramanın 263 kiloqramı mənim payıma düşüb. Məhsulumun müqabilində aldığım vəsaitlə ailəmizin xeyli problemlərini həll etmişəm. Gələn il ən azı 350 kiloqram barama təhvil vermək üçün indidən hazırlıq görürəm.

Cənab Prezident, Siz ki xalqın qayğısına belə qalırsınız, Tanrı da Sizi qorusun.

Hörmətlə,

Abbasov İsrayıl İsmayıl oğlu. 

Azərbaycan Respublikası, Zərdab rayonu.