10 avqust 2017, 15:43

Kamal Əliyev və başqalarından, Cəlilabad, Azərbaycan

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev,

Siz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” ifadəsini əməli fəaliyyətinizlə təsdiqləyirsiniz. Siz Azərbaycan xalqının müstəqil, azad, firavan yaşaması, insanların rifahının yaxşılaşdırılması, mədəni həyat səviyyəsinin yüksəldilməsi istiqamətində yorulmadan çalışırsınız. İnsan amili, ona diqqət və qayğı Sizin fəaliyyətinizin əsas meyarıdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə müvafiq olaraq regionlarda aparılan tikinti, abadlıq və mədəni quruculuq işləri geniş vüsət alıb. Bu baxımdan bizim rayonumuzda da təqdirəlayiq işlər görülür. Yaşadığımız ərazi dairəsinə təbii qaz verilib, əhalinin sosial-iqtisadi problemlərinin həlli ön plana çəkilib.

Çoxdan arzuladığımız 3767 ailənin, o cümlədən 17 min sakinin yaşadığı ərazini əhatə edən Göytəpə-Komanlı yolunun yenidən qurulması işlərinə başlanılıb. Bu, Komanlı kənd inzibati ərazi dairəsinin əhalisinin hədsiz sevincinə səbəb olub. 

        Möhtərəm Prezidentimiz, yaşadığımız ərazi dairəsinin əhalisi Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk. Fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər, dövlətimizin daha da çiçəklənməsi naminə yeni-yeni uğurlar arzu edirik.

Cəlilabad inzibati ərazi dairəsinin əhalisi adından dərin hörmətlə,

Əliyev Kamal

Əmənov Əli

Abasov İbiş

İsrafilov Qurban

Baxşəliyev Zakir və başqaları (cəmi:19 imza).

Azərbaycan Respublikası, Cəlilabad rayonu.