10 avqust 2017, 13:30

Elnur Hacalıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Hər bir inkişaf etmiş ölkədə demokratiyanın səviyyəsi söz və mətbuat azadlığının nə dərəcədə qorunması və jurnalistikanın vəziyyəti ilə ölçülür. Demokratik prinsiplərə böyük önəm verən Azərbaycanda Sizin rəhbərliyiniz altında son 14 ildə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti, jurnalistlərin müstəqilliyi, bir sözlə, açıq cəmiyyət quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib, söz və mətbuat azadlıqları tam təmin olunub.

Cənab Prezident, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirdiyiniz ardıcıl tədbirlər biz media işçilərini daha əzmlə çalışmağa və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində üzərimizə düşən məsuliyyətli işi bundan sonra da davam etdirməyə ruhlandırır. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənə də mənzil hədiyyə etdiyiniz üçün şəxsən öz adımdan və ailəm adından Sizə dərin təşəkkürlərimi çatdırıram. Sizi əmin edirəm ki, bundan sonra da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun layiqli davamçısı kimi Sizin apardığınız məqsədyönlü siyasətinizi öz yazılarımda daim təbliğ edəcəyəm.

Sizə dərin hörmət və ehtiramla,

Hacalıyev Elnur Bəybala oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.