Gerb

08 avqust 2017, 14:00

Çox hörmətli cənab Prezident,

Azərbaycan jurnalistləri hələ də Sizinlə bu il iyulun 20-də Milli Mətbuat Günü ərəfəsindəki görüşün xoş təəssüratları ilə yaşayırlar. Jurnalistlər üçün tikdirdiyiniz və həmin gün açılışını etdiyiniz bina Sizin dövlət başçısı kimi bizim sadə əməyimizə verdiyiniz yüksək dəyərin bir nümunəsidir. Həmin binada mənim ailəm də yaşayacaq. Bunun üçün Sizə özümün və ailəm adından dərin minnətdarlığımı bildirirəm.

Media işçiləri bu diqqət və qayğıya cavab olaraq daha əzmlə çalışacaq, dövlətçiliyimizə xidmət edəcək, nailiyyətlərimizi işıqlandıracaq, nöqsanlara qarşı barışmaz olacaqlar.

Dərin hörmətlə,

Novruzov Amil Şəmsəddin oğlu

“Azərbaycan” qəzetinin redaktor müavini

Azərbaycan Respublikası, Bakı şəhəri.