05 avqust 2017, 11:20

Akif Cabbarovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Azərbaycan mətbuatının inkişafına, jurnalistlərin sosial ehtiyaclarının ödənilməsinə istiqamətlənmiş siyasətinizi ürəkdən bəyənir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da tərəqqisi yolunda fəaliyyətinizdə uğurlar arzulayıram. Yeni mənzil alanlar arasında mənim də adım var və bir veteran jurnalist kimi ailəmizə hədsiz sevinc yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Tanrı Sizə yar olsun!

Dərin hörmət və ehtiram hissi ilə,

Cabbarov Akif İsmayıl oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.