04 avqust 2017, 13:05

Nahid Canbaxışlıdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqamətində atdığınız hər bir addım təqdirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir. Əminliklə demək olar ki, dünyanın heç bir ölkəsində mətbuata dövlət qayğısı Azərbaycanda olduğu kimi yüksək səviyyədə deyil. Ona görə də Azərbaycan hökumətinin, daha dəqiqi, Sizin bu nəcib təşəbbüsünüz bir çox dövlətlər üçün örnək hesab olunmalıdır.

Siz “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamı imzalamaqla bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti və diqqəti ortaya qoymuş oldunuz. Əminliklə bildiririk ki, Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan mətbuat orqanı olaraq, bundan sonra da Vətənimizin rifahı naminə var gücümüzlə çalışacağıq.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, milli mətbuatın, eləcə də Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

“Vətəninfo.az” İnformasiya Agentliyinin kollektivi adından

Canbaxışlı Nahid

Azərbaycan Respublikası, Bakı şəhəri.