02 avqust 2017, 14:20

Hikmət Hacıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Media işçiləri üçün tikilən binada mənzil alanlar arasında mən də varam. Buna görə şəxsən öz adımdan və ailəm adından Sizə sonsuz minnətdarlığımı ifadə etməkdən qürur duyuram. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olaraq nəcib və xeyirxah əməlinizlə ailəmizə də böyük sevinc bəxş etdiniz. Bu məqam həyatımın ən unudulmaz və xoşbəxt anlarından biridir.

Prezident, Ali Baş Komandan tərəfindən bizə göstərilən bu qayğının mənəvi dəyəri, sözün əsl mənasında, hədsiz və hüdudsuzdur. Bir vətəndaşı olaraq arxamızda Sizin kimi mətin, qətiyyətli, ədalətli və xeyirxah Prezidentin olduğu üçün həmişə özümü güvənli və məğrur hiss etmişəm. Ulu öndər Heydər Əliyevin irsinə sadiq olaraq, Prezidentimiz tərəfindən yürüdülən uğurlu daxili və xarici siyasətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə vermək naminə yorulmadan çalışmaqda davam edəcəyəm. Gündəlik fəaliyyətimdə Sizin etimadınızı doğrultmaq həyatımın ən ali məqsədlərindən biridir.

Mən Prezidentimlə fəxr edirəm!

Sizə dərin hörmət və ehtiramla,

Hacıyev Hikmət Fərhad oğlu

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.