02 avqust 2017, 11:00

E.Abdullayev və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər şəhəri, Nizami küçəsindəki 85 və 85A binalarında yaşayırıq. Uzun illər idi ki, binamız təmir edilmirdi. Ona görə də çətinlik çəkirdik. Sizin diqqət və qayğınız nəticəsində artıq çətinliklərimiz arxada qalıb. Rayonumuza səfərinizdən sonra çoxmənzilli binaların təmiri ilə bağlı verdiyiniz Sərəncam əsasında yaşadığımız binanın fasad hissələri təmir olunub, dam örtüyü, binanın giriş hissəsinin qapı və pəncərələri dəyişdirilir.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığımızı bildirir və Sizin siyasətinizi dəstəklədiyimizi bir daha ifadə edirik.

Dərin hörmətlə,

E.Abdullayev,

H.Nicati,

B.Mustafayev,

M.Məmmədova,

R.Quliyev,

K.Şirinova,

İ.Quliyeva

Azərbaycan Respublikası, Tərtər şəhəri.