31 iyul 2017, 10:30

Əyyub Əyyubov və başqalarından, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bütün dünyanı iqtisadi böhran bürüdüyü halda Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində ölkəmiz durmadan inkişaf edir, onun hər bir guşəsində geniş abadlıq-quruculuq işləri həyata keçirilir.

Sizin diqqət və qayğınız sayəsində bizim rayonumuzda da böyük tikinti işləri aparılmış, Masallı gözəl şəhərə çevrilmişdir. Bu il rayonumuzda Sizin iştirakınızla Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbinin, “ASAN həyat” kompleksinin, Bayraq Meydanının açılışı olmuş, onlar vətəndaşların istifadəsinə verilmişdir.

Bundan başqa, rayonumuzun kəndlərində də əhalinin sosial problemləri həll edilmiş, həyat şəraiti xeyli yaxşılaşmışdır. Kəndlərdə bütün evlər işıq, qaz və içməli su ilə təmin edilmiş, kəndarası yollar abadlaşdırılmış, suötürücü kanallar təmizlənmişdir. Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli kəndlərini rayon mərkəzi ilə birləşdirən beş kilometrlik yolun asfalt örtüyü bərpa edilərək, iyul ayının əvvəllərində sakinlərin istifadəsinə verilmişdir.

Cənab Prezident, həyata keçirdiyiniz misilsiz işlərə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Əyyubov Əyyub,

Həsənov Baba,

Qubadov Tofiq,

Təhməzov Orucəli.

Azərbaycan Respublikası, Masallı rayonu.