29 iyul 2017, 13:30

Fərid Yusifovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənə verilmiş pay torpaq sahəsi ilə bağlı yaranmış problem Sizə ünvanladığım müraciətə baxıldıqdan sonra dərhal həll edildi. Mən Sizin vətəndaşlara göstərdiyiniz diqqət və qayğını ürəkdən alqışlayıram. Siz bütün məmurlardan xalqa xidmət etməyi, xalqla bir yerdə olmağı, özlərini xalqdan yuxarı tutmamağı tələb edirsiniz. Bunun nəticəsidir ki, bizi narahat edən bütün çətinliklər vaxtında aradan qaldırılır, həyat şəraitimiz daha da yaxşılaşır. Siz həqiqətən hər bir azərbaycanlının Prezidentisiniz. Gördüyünüz misilsiz işlərə görə minnətdarlığımı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Yusifov Fərid

Azərbaycan Respublikası, Astara rayonu, Qapıçıməhəllə kəndi.