22 iyul 2017, 12:00

Azər Həsrətdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizə bir daha dərin minnətdarlıq hissi ilə təşəkkür etmək istəyirəm ki, 22 iyul - Milli Mətbuat günü ərəfəsində 255 jurnalist həmkarımızı mənzillə təmin edərək ailələrinə sevinc bəxş etdiniz. Sizin bu xalqyönümlü humanist əməyiniz bir daha təsdiq edir ki, hər bir azərbaycanlının Prezidenti olacağınızla bağlı verdiyiniz söz sadəcə söz deyil. Siz biz jurnalistlərin yaxın dostu, ən çətin anlarımızda himayədarımızsınız. Biz Azərbaycan jurnalistləri istər ölkə içində, istərsə də ölkədən xaricdə olanda həmişə özümüzü yalnız ona görə güvəndə hiss edirik ki, arxamızda məhz Sizin kimi Prezident dayanır. Biz həmişə Sizi özümüzə güvən yeri, dayaq bilmişik və buna görə də heç vaxt yanılmamışıq. Ona görə də, izn verin, jurnalistlər üçün tikdirdiyiniz 2-ci binanın təhvil verilməsi və 3-cü binanın təməlinin atılması münasibətilə Sizə dərin təşəkkürümü ifadə edim. Biz Sizinlə fəxr edirik, qürur duyuruq.

Biz Sizi özümüzə hər zaman ən yaxın dost kimi görürük. Buna görə də Sizin siyasətinizi bundan sonra da tam gücümüzlə dəstəkləməyə davam edəcəyik. Yeri gəlmişkən, düz 2 il öncə bu günlərdə məni Əməkdar Jurnalist fəxri adı ilə təltif etdiyinizə görə Sizə təkrar təşəkkür etmək istərdim.

Çox böyük hörmətlə,

 

Azər Həsrət Hacıqulu oğlu

Əməkdar Jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri.