21 iyul 2017, 15:20

İndira Şəmsivaridən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi çox sevirik! Allah Sizi qorusun! Media nümayəndələrinə bağışladığınız o evləri görəndə, orada yaşayacaq insanların sevincini izləyəndə, dostlarla paylaşanda kövrəldim. Mənzil almağın sevinc hissini yaşamağın nə olduğunu yaxşı bilən bir insan kimi Tanrıma dua etdim ki, Siz daim sağlam və güclü olasınız ki, dünyanın bu böhranlı vaxtında, bax beləcə, atasına layiq oğul kimi, xalqınıza daim xidmət edəsiniz.

Əziz Prezidentimiz, Siz dünyada qüdrətli dövlətlərin öz vətəndaşına edə bilmədiyi xeyirxah işləri xalqınıza edirsiniz. Allah Sizi və sevdiklərinizi qorusun! Qəlbim fəxarətlə doludur. Bilirəm ki, Sizin kimi lideri Tanrı da sevir. Uca Yaradan Sizə yardımçı olsun!

Mən Açıq hökumətin təşviqi Milli Fəaliyyət Proqramı çərçivəsində bütün regionlarda çıxış edərək, Sizin xalqımıza göstərdiyiniz böyük və fədakar xidmətlərdən danışıram. Sizin öz xalqınızın həyatını asanlaşdırmaq üçün atdığınız qətiyyətli addımlardan söz açır, bölgələrdə bu Proqramdan sadə əhalinin necə faydalanmasını başa salırıq.

Tanrıya Heydər Əliyevi, Sizi bizə bəxş etdiyi üçün dualar edirik. Siz bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut etmisiniz. Övladınız Heydər İlham oğlu Əliyevi də özünüz kimi, millətimizə xeyirli bir övlad kimi böyütmüsünüz. Allah Sizi qorusun!

Hörmətlə,

 

Şəmsivari İndira İslam qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.