17 iyul 2017, 10:00

Gəray Gəraybəylidən, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının Xalq Artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam ailəmizin, yaxınlarımızın böyük sevincinə səbəb olub.

Azərbaycanın görkəmli elm, təhsil, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ənənələrinin təməlini qoyan ümummilli liderimiz dahi Heydər Əliyevin digər sahələrdə olduğu kimi, bu istiqamətdəki siyasi xəttini də böyük uğurla davam etdirməyiniz qəlbimizi fərəh hissi ilə doldurur.

İcazə verin, Xalq Artisti Ağasadıq Gəraybəylinin ailə üzvləri, yaxın qohumları adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirim.

Azərbaycan xalqının gələcək rifahı naminə gördüyünüz mükəmməl işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.

Səmimi hörmət və ehtiramla,

Gəray Gəraybəyli

Azərbaycan Tibb Universitetinin rektoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.