13 iyul 2017, 20:05

Fuad Əzizov və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sirr deyil ki, Sizin siyasətinizin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyünüz misilsiz işlər danılmazdır.

Cəlilabad rayonunun Göytəpə şəhərinin E.Əmirov küçəsində yerləşən yaşadığımız bina 1987-ci ildə istifadəyə verilmiş, uzun müddət istismar olunduğundan onun təmirə, xüsusilə də su və kanalizasiya sisteminin yenilənməsinə ehtiyac var idi. Bu yaxınlarda bizim binada təmir işləri aparıldı, su və kanalizasiya sistemi yenilənərək sakinlərinə istifadəsinə verildi.

Cənab Prezident, öz adımdan və binanın sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Hər zaman Sizin siyasətinizi dəstəkləyirik.

Hörmətlə,

Əzizov Fuad,

Kərimov Abuzər,

Qiyasov Gündüz,

Yüzbaşov Ədalət və başqaları.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Göytəpə şəhəri.