Gerb

13 iyul 2017, 20:00

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınıza uyğun olaraq Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Horadiz-Daşburun hissəsinin əsaslı şəkildə yenidən tikilməsi çox sürətlə davam etdirilir. Bu iş rayonumuzun digər sakinləri kimi məni də sevindirir. İnanıram ki, bu yolun tikintisinin başa çatması avtomobillərin hərəkətini asanlaşdırmaqla yanaşı, sakinlərimizin mənzil başına vaxtında və təhlükəsiz çatmasına səbəb olacaqdır.

Cənab Prezident, cəbhə bölgəsində yaşayan biz sakinlərin sosial problemlərinə hər zaman göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram. Allah Sizə hər zaman kömək olsun!

Hörmətlə,

Əliyev Zəfər Rəfi oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Dördüncü Zobucuq qəsəbəsi.