16:38

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Sloveniya Respublikasının Prezidenti Danilo Türkün nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan ilə Sloveniya arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundular.
Azərbaycan ilə Sloveniya arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə “Şərq tərəfdaşlığı” Proqramının əhəmiyyətindən danışıldı.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57