İlham Əliyev Sloveniyaya rəsmi səfərə gəlmişdir

09 iyun 2011, 18:30
İlham Əliyev Sloveniyaya rəsmi səfərə gəlmişdir

Prezident İlham Əliyev Sloveniya Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın “Joze Puçnik” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.