Gerb

12 iyul 2017, 17:55

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 iyul 2017-ci il.