11 iyul 2017, 12:20

Mətin Əlizadədən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Firudin Mehdiyev adına Horadiz şəhər 2 saylı tam orta məktəbin şagirdiyəm. Dərs ilini uğurla başa vurub yay tapşırıqları ilə məşğulam. Ermənilərin iyulun 4-də rayonumuzun Alxanlı kəndində dinc əhalini mərmilərdən atəşə tutması nəticəsində 2 yaşlı Zəhra bacımızın və Sahibə nənəmizin şəhid olması hamı kimi məni də kədərləndirdi. Biz məktəblilər ermənilərin vəhşiliklərinə baxmayaraq, qorxmuruq və çəkinmirik. Biz yay tətilini öz torpağımızda yaşamağa davam edirik. Çünki Sizə, güclü Azərbaycan Ordusuna güvənirik.

Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymayacağına inanırıq.

Hər dərs ilində bir-birindən yaraşıqlı məktəblər tikilib istifadəyə verilir. Məktəblilərin dostu olan Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Biz Sizinləyik cənab Prezident!

Hörmətlə,

Əlizadə Mətin Qabil oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Ələsgərli kəndi.