10 iyul 2017, 13:00

Zümrüd Şərifovadan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz – Qobustan rayonunun sakinləri susuzluqdan əziyyət çəkirdik. Sizin sayənizdə artıq bu problemimiz böyük ölçüdə həll olunmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq rayonumuza su xətti çəkildi, su təchizatı və kanalizasiya sistemləri yenidən quruldu.

Möhtərəm Prezident, bu işin icrasına görə, bütün Qobustan qadınları adından Sizə dərin təşəkkürümü bildirirəm.

Ömrünüz uzun olsun!

Hörmətlə,

Şərifova Zümrüd Xəlil qızı

Azərbaycan Respublikası, Qobustan rayonu.