10 iyul 2017, 12:15

Tural Nəbiyevdən, Füzuli, Azərbaycan

Hörmətli Ali Baş Komandan,

Mən Horadiz şəhərində yaşayıram. YAP Füzuli rayon təşkilatı Gənclər Birliyinin sədriyəm. Son günlərdə ermənilərin cəbhə zonasında törətdikləri təxribat nəticəsində həlak olan həmvətənlərimizin acısını paylaşıram. Bizlər ermənilərin törətdikləri heç bir təxribatdan qorxmur, çəkinmirik. Aprel hadisələrində olduğu kimi, öz evimizdə, öz torpağımızda yaşamağa davam edirik. Bizlər hər zaman olduğu kimi, Sizə, Ali Baş Komandanımıza, güclü Azərbaycan Ordusuna güvənirik. İnanırıq ki, Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymayacaq.

Allah çiçəklənən, gündən-günə güclənən Azərbaycanımızın aydın, günəşli günlərə çıxarılmasında Sizə kömək olsun. Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Biz gənclər Sizinləyik və dövlətimizin siyasətini dəstəkləyirik. Tanrı Sizi qorusun!

Hörmətlə,

Nəbiyev Tural Nəbi oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu.