Gerb

07 iyul 2017, 19:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz cənab Prezident.

Son günlər cəbhə bölgəsində dinc insanların həlak olması ilə nəticələnən hadisə bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Həmin hadisə zamanı Azərbaycanın dinc sakinlərinin həlak olmaları ilə əlaqədar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından bizim dərin hüznlə başsağlığımızı qəbul edin.

Biz 1994-cü ildən əldə edilmiş atəşkəsin tez-tez pozulması ilə əlaqədar narahatlığımızı bildirməklə beynəlxalq ictimaiyyətin çağırışlarına qoşulur və münaqişənin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayırıq. Bütün regionun təhlükəsizliyinə təhdid olan münaqişəni üçüncü tərəflərin qızışdırmaq cəhdlərinin yolverilməz olduğunu qeyd etməyi özümüzə borc bilirik.

Bütün diplomatik kanallardan, eləcə də ATƏT-in və Minsk qrupunun üzvlərinin imkanlarından istifadə etməklə, atəşkəsin bir daha pozulmasına yol verməməyə çağırır və bildiririk ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və gələcək hücumların qarşısının alınması üçün beynəlxalq birliyin ciddi tədbirlər görməsinin vaxtı çatıb.

Bizi ciddi narahat edən odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli hələ də reallaşmayıb. Biz Azərbaycana münasibətdə beynəlxalq hüququn ciddi şəkildə pozulmasına baxmayaraq, Sizdən qəsdən törədilən və münaqişənin təhlükəli şəkildə genişlənməsi üçün bəhanə olaraq istifadə edilə bilən təxribatlarla bağlı təmkinli olmağı xahiş edirik.

Cənab Prezident, xahiş edirik, bizim ən dərin hörmətimizi və ehtiramımızı qəbul edin.

Ən xoş arzularla,

Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
 
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
Misirin İsgəndəriyyə kitabxanasının direktoru
 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri:

Zlatko Laqumdziya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın sabiq Baş naziri
 
Peter Stoyanov
1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti
 
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın Prezidenti
 
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiya Respublikasının Prezidenti
 
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti.