07 iyul 2017, 13:35

Taryel Əhmədovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüz, imzaladığınız dövlət proqramları və sərəncamlar əsasında ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməkdədir.

Belə tədbirlərdən biri də əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində həyata keçirilir. Ötən il Sizin bununla bağlı Sərəncamınızdan sonra mən bir kənd sakini kimi özünüməşğulluq layihəsinə qoşuldum və bu işdən yaxşı yararlana bildim.

Cənab Prezident, öz adımdan və ailəm adından Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Əhmədov Taryel Müslüm oğlu

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Muğanlı kəndi.