06 iyul 2017, 17:00

Vaqif Məmmədovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz ilə ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işləri bir Azərbaycan vətəndaşı və bir müəllim kimi məni həddindən artıq sevindirir. Görülən bu qədər möhtəşəm işlər Sizin öz Vətəninizə və vətəndaşlarınıza ürəkdən bağlı olmağınızdan və sevginizdən irəli gəlir.

Bizim Qobustan rayonu da son illər ərzində abadlaşan rayonlar cərgəsindədir. Yollar, küçələr asfaltlaşdırılmış, bu yaxınlarda yeni su və kanalizasiya sistemi istifadəyə verilmişdir.

Cənab Prezident, görülən bu işlər Sizin gərgin əməyinizin nəticəsidir. Buna görə Qobustan əhalisi adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədov Vaqif Rəşid oğlu,

Azərbaycan Respublikası, Qobustan rayonu.