06 iyul 2017, 16:40

İlhamə Alməmmədova və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təsdiq etdiyiniz dövlət proqramlarına, tapşırıq və tövsiyələrinizə uyğun olaraq abadlaşdırılan rayonlardan biri də bizim Pirallahı rayonudur. Rayonumuzun görkəmi son illər ərzində əsaslı şəkildə dəyişmişdir. Məhəllə və küçələrdə səliqə-sahman yaradılmış, yollar asfatlanmış, yeni parklar salınmışdır. Həmçinin qeyd etmək istəyirik ki, çoxmənzilli binalarda, eləcə də bizim yaşadığımız binalarda əsaslı təmir işləri aparılmışdır.

Hörmətli cənab Prezident, bizə yaratdığınız gözəl şəraitə, diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Alməmmədova İlhamə Mustafa qızı,

Mütəllimova Elmira Ataş qızı,

Vəkilova Tükəzban Mehrəli qızı,

Qurbanova Tükəzban Vaqif qızı.

Azərbaycan Respublikası, Pirallahı rayonu, Pirallahı qəsəbəsi.