04 iyul 2017, 17:00

Şahzadə İskəndərovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Dünyanın ən nüfuzlu idman yarışlarından olan “Formula-1” Qran-Prisinin Bakıda çox yüksək səviyyədə keçirilməsində Sizin əməyiniz danılmazdır. Biz bu cür möhtəşəm idman yarışına ev sahibliyi etməkdən qürur duyuruq.

Əziz Prezidentimiz, Sizin hər bir sahədə gördüyünüz işlər qayğı və sevgi ilə əhatə olunub. Bütün bunlar xalqımızı Sizin ətrafınızda daha sıx birləşməyə sövq edir. Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin müəllim kollektivi və şagirdləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Fəxarət hissi ilə deyirik ki, müstəqil dövlətimizin sükanı etibarlı əllərdədir!

Hörmətlə,

İskəndərova Şahzadə Əlövsət qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.