30 iyun 2017, 17:10

Rəna Naibovadan, Bakı, Azərbaycan

Cənab Prezident,

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursun uğurla davam etdirilməsinin nəticəsi olaraq, Azərbaycan dünyada ən stabil ölkələr sırasına çıxmaqla, iqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilmişdir. Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı bütün sahələrdə olduğu kimi, idman üçün də əlverişli şərait yaratmışdır. İndi Azərbaycanda idmanın davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilməkdədir. Dünyanın diqqət mərkəzində olan beynəlxalq idman yarışlarının ölkəmizdə təşkil edilməsi Azərbaycanın qüdrətli dövlət və yüksək nüfuza malik olmasının nəticəsidir. 2016-cı və 2017-ci illərdə “Formula 1” yarışının ölkəmizdə keçirilməsi, - qeyd edim ki, dünya şöhrətli idmançılar və yarışları izləməyə gələn insanlar Azərbaycan haqqında yüksək fikirlər söyləyirlər, - ölkəmizdə quruculuq işlərinin, sosial-iqtisadi inkişafın artan tempi Sizin qayğınızdan irəli gəlir.

Hörmətli cənab Prezident,

Nəsimi rayon 35 nömrəli tam orta məktəbin pedaqoji kollektivi adından bildirirəm ki, ölkəmizin nüfuzunun yüksəldilməsi, böyük dövlətlər sırasında addımlaması üçün həyata keçirdiyiniz uğurlu siyasət, “Formula 1” yarışının yüksək səviyyədə təşkili biz pedaqoqların da ürəyincədir. Məktəbimizin kollektivi daim Sizin siyasətinizi dəstəkləyir və dəstəkləyəcəkdir.

Hörmətlə,

Naibova Rəna Əyyub qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.