30 iyun 2017, 11:30

Esmira Bağırova və Çinarə Hacıyevadan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım,

Azyaşlı qız övladlarımızın eşitmə qabiliyyətinin zəif olması ana kimi bizi çox narahat edirdi. Lakin onlara kömək etməyə ailələrimizin maddi imkanı çatmırdı. Uşaqlara olan qayğıkeşliyinizi bildiyimiz üçün ümidimizi Sizə bağladıq və yanılmadıq. Qısa müddətdə qızlarımız yüksək keyfiyyətli eşitmə cihazları ilə təmin edildilər. Bizim üçün onların normal eşitməyini görməkdən böyük xoşbəxtlik yoxdur. Sevincimizin həddi-hüdudu yoxdur.

Sizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Bağırova Esmira,

Hacıyeva Çinarə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.