29 iyun 2017, 15:20

Muxtar Əliyev və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz – bir qrup kənd zəhmətkeşləri Göyçay rayonunda nəqliyyat xidmətinin yaxşılaşdırılması ilə bağlı Sizə müraciət etmişdik. Sizin göstərişinizə əsasən, müraciətimizə qısa müddətdə baxılmış, kəndlərə işləyən avtobuslar yeniləri ilə əvəz olunmuşdur. İyunun 15-də - Milli Qurtuluş Günündə avtobuslar insanların istifadəsinə verilmişdir.

Nə yaxşı ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqına Sizin kimi Prezident bəxş etmişdir. Biz Sizinlə fəxr edirik. Sizi dəstəkləyir və çox sevirik!

Hörmətlə,

Əliyev Muxtar,

Əliyeva Mehriban,

Baxışov Həsən,

Baxışov Məhəmməd və başqaları – cəmi 53 nəfər.

Azərbaycan Respublikası, Göyçay rayonu, Xəlitli kəndi.